UNEC-də “Oriyentasiya günü” təşkil olunub

UNEC-də “Oriyentasiya günü” təşkil olunub Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) sentyabrın 14-də “Oriyentasiya günü” keçirilib.
Dünya universitetlərində hər il təşkil olunan “Oriyentasiya günü”nün məqsədi birinci kurs tələbələrini universitet həyatı ilə tanış etməkdir.
Gün ərzində tələbələr üçün UNEC barədə təqdimatlar keçirilib, məlumat və bələdçi xidməti fəaliyyət göstərib. Eyni zamanda, tələbələrin ifasında musiqi, əyləncəli oyunlar, stolüstü tennis, rəsm sərgisi təşkil olunub. UNEC-in Karyera Mərkəzi universitet sıralarına yeni daxil olan tələbələr üçün məsləhətlər də təşkil edib. “Oriyentasiya günü” UNEC-in bütün tədris binalarında təşkil olunub.

Tehsil-press.az

Oxşar xəbərlər