BDU-da nanofiberlərin hazırlanması və tətbiqi məsələləri müzakirə edilib

BDU-da nanofiberlərin hazırlanması və tətbiqi məsələləri müzakirə edilib Bakı Dövlət Universitetinin (BDU) Nanoaraşdırmalar Elmi-Tədqiqat Laboratoriyasında “Elektrospinninq metodu ilə polimer əsaslı nanofiberlərin hazırlanması” mövzusunda seminar olub.
Seminarda Fizika fakültəsinin Nanomaterialların kimyəvi fizikası kafedrasının Nanohissəciklər fizikası ixtisaslaşması üzrə I kurs tələbəsi Məhəmməd Bağırovun mövzu üzrə məruzəsi dinlənilib.
M.Bağırov müxtəlif strukturlu və formalı polimer əsaslı nanofiberlərin elektrospinninq metodları ilə alınması, xarici sahənin bu strukturlara təsiri haqqında məlumat verib, həmçinin nanofiberlərin tətbiqi məsələsinə toxunub.
Müzakirələr zamanı nanofiberlərin hazırlanmasına dair təkliflər səslənib, bu quruluşların istehsalının və tətbiqinin tibb, ekologiya və elektronika sahələrinin inkişafına ciddi təsir göstərəcəyi qeyd edilib.
Suallar cavablandırılıb.

Tehsil-press.az

Oxşar xəbərlər