ABŞ Prezidenti Cozef Bayden İsrailə gəlib

ABŞ Prezidenti Cozef Bayden İsrailə gəlib ABŞ Prezidenti Cozef Baydenin təyyarəsi bir qədər əvvəl İsrailin Ben-Qurion aeroportuna edib.
Cozef Baydeni təyyarənin trapı önündə İsrail Prezidenti İsxaq Hersoq, Baş nazir Yair Lapid və İsrail hökumətinin digər nazirləri qarşılayıblar. Bu, Baydenin vəzifəyə keçdikdən sonra Yaxın Şərqə ilk səfəridir.
ABŞ Prezidenti iyulun 13-dən 16-dək davam edəcək səfəri çərçivəsində İsraillə yanaşı, İordan çayının qərb sahilinə və Səudiyyə Ərəbistanına gedəcək. Ağ ev administrasiyasının məlumatına görə, Birləşmiş Ştatlar liderinin Fələstin prezidenti də daxil olmaqla, regiondakı həmkarları ilə görüşləri planlaşdırılır.

Tehsil-press.az


Oxşar xəbərlər