Xırdalandakı partlayışın ilkin səbəbi açıqlandı

Xırdalandakı partlayışın ilkin səbəbi açıqlandı “Bu gün Xırdalan şəhəri, Qalubiyyə küçəsində yerləşən binaların birində partlayış baş verib”.
Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” istehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev bildirib.
O, qeyd edib ki, hadisə rayonunda hüquq mühafizə orqanları istintaq aparır:
“Səbəb və nəticələr barədə məlumat veriləcək”.
Xatırladaq ki, Xırdalanda yaşayış binasında partlayış baş verib. Hadisə zamanı iki nəfər xəsarət alıb.
***
"Xırdalanda yaşayış binasında partlayış zamanı xəsarət alanlardan ikisi mənzildə təmir işləri aparan ustalar olub. Lakin bu ehtimaldır. Tam məlumat araşdırmalar başa çatdıqdan sonra olacaq".
Bu sözləri Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev deyib.
Bildirib ki, binaya təbii qazın nəqli tam dayandırılıb. Hadisə ilə bağlı müvafiq orqanlar tərəfindən birgə araşdırmalara başlanılacaq. “Azəriqaz" İstehsalat Birliyi də prosesə cəlb olunacaq. Bundan sonra ictimaiyyətə tam məlumat veriləcək”.
“Hadisənin qaz sızmasından baş verməsi mümkündür. Çünki təmir işləri gedən zaman sakin özü mənzildə olmayıb. Evdə ustalar olub. Qonşuların və ustaların verdiyi məlumata əsasən bu ehtimal mümkündür. Mənzilin təmir edilməsi ilə bağlı “Azəriqaz" İstehsalat Birliyinə hər hansı məlumat verilməyib ki, qazın verilməsi dayandırılsın. Hər hansı müraciət daxil olmayıb”, - deyə R.Əliyev əlavə edib.

Tehsil-press.az



Oxşar xəbərlər