
Təhsil Nazirliyi isə UFAZ-a qəbul olmuş gənclərin adlarını Dövlət İmtahan Mərkəzinə təqdim edəcək və onlar digər ali məktəblərə müsabiqədə iştirak etməyəcəklər.
UFAZ-a imtahan verib uğur əldə edə bilməyən tələbələr DİM-in təşkil etdiyi mərkəzləşdirilmiş qəbul imtahanında topladıqları ballar əsasında ADNSU-nun, eləcə də digər ali məktəblərin təqdim etdiyi müvafiq ixtisaslar arasında öz seçimlərini edə bilərlər.
UFAZ-a qəbul imtahanının nəticələrindən asılı olaraq tələbələrə dövlət sifarişi (120 yer) və ödənişli (40 yer) əsasda yerlər təklif olunur.
Tehsil-press.az