
UFAZ-a qəbul imtahanında iştirak etmək üçün Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanında I ixtisas qrupu üzrə 500 və daha artıq bal toplayan ümumilikdə 505 nəfər abituriyent (107 nəfər rus bölməsi üzrə və 398 nəfər Azərbaycan bölməsi üzrə) 160 qəbul yeri üçün qeydiyyatdan keçib. Onlardan 424 nəfər imtahanda iştirak edib.
UFAZ-a qəbul imtahanının nəticələrindən asılı olaraq tələbələrə dövlət (120 yer) və ödənişli əsaslarla (40 yer) yerlər təklif olunur.
Qəbul imtahanı avqustun 4-də aparılıb.
Tehsil-press.az