Pedaqoji Universitetdə 22 ixtisas üzrə tədris aparılır

Pedaqoji Universitetdə 22 ixtisas üzrə tədris aparılır Ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi müsabiqəsi avqustun 18-dək davam edəcək.
Bu ali təhsil müəssisəsi Bakıdakı 4 korpusu, kolleci, baza məktəbi, Quba, Şəki, Şamaxı, Ağcabədi və Cəlilabaddakı 5 filialı ilə ölkə üzrə tələbələr üçün geniş ali təhsil imkanları yaradır.
100 illik təcrübəsi olan Pedaqoji Universitetin müasir laboratoriyaları, auditoriyaları, kitabxanası və yataqxanasının geniş imkanları var. Tələbələr 22 ixtisas üzrə Azərbaycan, rus, yaxud ingilis bölmələrində, həmçinin “SABAH” qruplarında təhsil ala, geniş təqaüd imkanlarından yararlanaraq “Gələcəyin müəllimi”, universitet birincisi, əlaçı və adlı təqaüdlərinə sahib ola, “Erasmus+” və “Mövlanə” proqramları ilə xarici universitetlərdə mübadilə proqramlarına qatıla, rəngarəng sosial həyata qarışa, özünü elmdə və ictimai həyatda fəal şəkildə inkişaf etdirə bilər.

Tehsil-press.az



Oxşar xəbərlər