Pedaqoji Universitetin tanıtım filmi təqdim edilib

Pedaqoji Universitetin tanıtım filmi təqdim edilib Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rəsmi “YouTube” televiziyası - “ADPU TV” universitetlə bağlı tanıtım filmi hazırlayıb.
Universitetinin mətbuat xidməti tərkibində fəaliyyət göstərən “ADPU TV” tərəfindən hazırlanan film tələbələr, abituriyentlər və geniş ictimaiyyət üçün nəzərdə tutulub.
İzləyicilər filmdə Pedaqoji Universitetin 100 illik şərəfli inkişaf yoluna nəzər sala və bu gün ölkədə ən böyük ali təhsil müəssisələrindən birində təhsil almaq imkanları ilə tanış ola bilərlər.
Tanıtım filmində ADPU-nun Bakıdakı 4 kampusu, Pedaqoji Kolleci və baza məktəbi, bölgələrdəki 5 filialı haqqında ətraflı məlumat verilir. Universitetdə subbakalavriat və bakalavriat səviyyəsində qəbul aparılan ixtisaslar, davamlı təhsil, magistratura, doktorantura və dissertantura səviyyəsində kadr hazırlığı məsələləri, sosial infrastruktur, tibbi xidmət, kitabxana və elektron təhsil, tələbələrlə iş, ictimaiyyətlə əlaqələr və tələbə təşkilatlarının fəaliyyəti geniş səviyyədə işıqlandırılır.

Tehsil-press.az


Oxşar xəbərlər