Kral Bukinqem sarayında belə qarşılandı - Video

Kral Bukinqem sarayında belə qarşılandı - Video Böyük Britaniyanın yeni kralı III Çarlz Şotlandiyadan Londona uçub.
III Çarlz kraliça-konsort Kamilla Parker Boulzla birlikdə Balmoral qəsrini tərk edərək Bukinqam sarayına gedib.
Onu sarayın qarşısında toplaşan izdiham qarşılayıb. Onlardan bəziləri “God Save the King” mahnısını oxuyublar.
III Çarlz ilk iş günündə anası kraliça II Elizabetin vəfatı ilə bağlı yas tutan xalqa müraciət edəcək. O, həmçinin bu həftənin əvvəlində bu vəzifəyə təyin edilmiş Böyük Britaniyanın yeni Baş naziri Liz Trassla da görüşməyi planlaşdırır.



Tehsil-press.az

Oxşar xəbərlər