UFAZ-da fransalı jurnalistlərlə görüş

UFAZ-da fransalı jurnalistlərlə görüş Azərbaycan Dövlət Neft və Sənaye Universiteti nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) fransalı jurnalist Alain Roumestand və fotoqraf Qreqory Herpe ilə görüş olub.
Paris Azərbaycan Evinin prezidenti, Fransada Azərbaycanın Dostları Assosiasiyasının baş katibi Mirvari Fətəliyevanın da iştirak etdiyi görüşdə bu ali məktəbin icraçı direktoru Vazeh Əskərov təhsil müəssisəsinin yaranma tarixi və tədris şəraiti barədə ətraflı məlumat verib.
V.Əskərov UFAZ-ın məzunlarının uğurlarından danışıb və təhsil ocağının iki ölkə arasında akademik münasibətlərin inkişaf etdirilməsi istiqamətində oynadığı rolu diqqətə çatdırıb.
Fransalı jurnalistlərin Azərbaycana səfərinin məqsədi ölkəmizlə daha yaxından tanış olmaq, işğaldan azad edilmiş ərazilərimizə baş çəkərək oradakı vəziyyətlə yerində tanış olub bu barədə fransız oxucularına məlumat çatdırmaqdır.

Tehsil-press.az

Oxşar xəbərlər