
Görüşdə Azərbaycan Respublikası Təhsil nazirliyinin Ali təhsil şöbəsinin müdiri Nicat Məmmədli, Təhsil nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Tural Bayramov və UFAZ-ın PR və Beynəlxalq əlaqələr üzrə departamentinin müdiri Kamil Piriyev də iştirak ediblər.
Görüş zamanı qonaqlara UFAZ-ın Azərbaycan və Fransa prezidentlərinin təşəbbüsü nəticəsində yaranmasına toxunulmuş və təhsil ocağı barədə qonaqlara ətraflı məlumat verilib. Qonaqlar həmçinin UFAZ-ın tədris şəraiti və laboratoriyaları, habelə burda tədris olunan proqramlar ilə də tanış olub.
Müzakirələr zamanı iraqlı tələbələrin gələcəkdə Azərbaycan universitetlərində, o cümlədən, UFAZ-da bakalavr və magistr pillələrində təhsil imkanları barədə fikir mübadiləsi aparılıb.
Tehsil-press.az