Pedaqoji Universitet yüksək nailiyyətli gənclərin seçiminə çevrilib

Pedaqoji Universitet yüksək nailiyyətli gənclərin seçiminə çevrilib Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) yüksək nailiyyətli gənclər ilə görüş keçirilib.
Görüşdə universitetin rektoru professor Cəfər Cəfərov, tədris işləri üzrə prorektor dosent Eldar Aslanov, sosial və humanitar məsələlər üzrə prorektor professor Fikrət Rzayev, Fizika fakültəsinin dekanı dosent Arzu Daşdəmirov və tələbələr iştirak edib.
Söhbət zamanı tələbələrin fəaliyyəti yüksək qiymətləndirilib, gənclərimizin hər sahədə uğurlu mövqe tutduğu qeyd olunub. Cari ildə ali təhsil müəssisələrinə qəbul imtahanlarında ADPU-nun təxminən 2500 nəfərlik plan yerinin 100 faiz dolduğu diqqətə çatdırılıb.
Qeyd edək ki, 2022-2023-cü tədris ilində rus bölməsi üzrə ADPU-nun texnologiya müəllimliyi ixtisasına qəbul olunmuş Aysel Aslanzadə bədii gimnastika və riyaziyyat üzrə ölkə və beynəlxalq miqyaslı uğurlara imza atıb. Bu ixtisası seçən digər tələbə Sahib Hüseynzadənin isə müxtəlif idman sahələrində respublika və beynəlxalq səviyyədə nailiyyətləri var. Həmçinin bu tələbələrin arasında Vətən müharibəsində iştirak edərək müxtəlif təltiflərə layiq görülmüş Turan Məmmədov yer alır.

Tehsil-press.az



Oxşar xəbərlər