
Görüşü giriş sözü ilə açan rektor Cəfər Cəfərov ADPU ilə Rusiya təhsil müəssisələri və Rusiya Mədəniyyət-informasiya Mərkəzinin geniş əlaqələrindən danışıb. Yeni rəhbərə ADPU haqqında məlumat verən rektor ADPU-nun ölkənin ən böyük ali təhsil müəssisələrindən biri olduğunu qeyd edərək ölkəmizdə müəllim hazırlayan ən böyük ali təhsil müəssisəsinin tərkibində 5 filial, kollec və baza məktəbi olduğunu vurğulayıb. Professor Cəfər Cəfərov məlumat verib ki, ADPU-da 8 fakültə üzrə müəllim hazırlığı aparılır ki, bu fakültələrin hər birində həmçinin rus bölmələri fəaliyyət göstərir. Hazırda ADPU-da rus bölməsi üzrə 600-dən çox tələbə təhsil alır.
Daha sonra çıxış edən İrek Zinnurov rəhbərlik etdiyi mərkəzin fəaliyyəti və yeni strategiya haqqında geniş məlumat verib. ADPU - da olmağından məmnun olduğunu bildirən İrek Zinnurov gələcək əməkdaşlığın çox vacib olduğunu qeyd edib.
Görüşün davamında ölkələrimiz arasında bütün sahələrdəki mövcud qarşılıqlı əməkdaşlıq haqqında danışan tərəflər təhsil sahəsində gələcək işlər haqqında fikir mübadiləsi aparıblar. Ümumi gələcək planlar haqqında qarşılıqlı müzakirələr aparan tərəflər ADPU ilə Rusiya ali təhsil müəssisələrinin gələcək əməkdaşlıq prespektivlərindən danışaraq görüşün iki qurum arasında əlaqələrin inkişafında müstəsna rol oynayacağını bildiriblər.
ADPU rəhbərliyinin təkliflərini maraqla dinləyən qonaqlar bu təkliflərin qısa zamanda həyata keçməsi üçün lazımlı addımları atacaqlarını qeyd ediblər.
Sonda tərəflər bir-birlərinə ölkələrinin və rəhbərlik etdikləri qurumların atributlarını və dəyərli hədiyyələrini təqdim edərək xatirə şəkili çəkdirib.
Tehsil-press.az