ICESCO qızların təhsilinin rəqəmsal transformasiyası strategiyasını təqdim edib

ICESCO qızların təhsilinin rəqəmsal transformasiyası strategiyasını təqdim edib İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) üzv ölkələrdə qızların təhsilinin rəqəmsal transformasiyası strategiyasını təqdim edib.
Nyu-Yorkda keçirilən təqdimat mərasimində ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd Əl-Malik, Afrika İttifaqı Komissiyasının sədri Musa Faki Mahamat, BMT-nin Əhali Fondunun icraçı direktorunun müavini Deine Keyta, Nobel mükafatı laureatları və UNESCO və digər beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.
Təşkilatın strategiyası multimedia yanaşmasından istifadə edərək təhsil texnologiyasının inteqrasiyasına sərmayələr qoyulması, qızlar üçün qeyri-ənənəvi və hərtərəfli təhsil vasitələrinin təmin edilməsi, süni intellekt və yeni kompüter proqramlarından istifadə edilməsi və müəllimlərin müasir texnologiyalardan istifadə bacarıqlarını artırmasını ehtiva edir.
ICESCO-nun Baş direktoru vurğulayıb ki, qızların təhsili təkcə məktəbə getməklə məhdudlaşmır. Yeni strategiyaya əsasən, erkən uşaqlıq dövründə onların təhsilinə sərmayə qoymaq, biznesində gənc qadınların rolunu artırmaq, ən müasir ixtisaslar üzrə əmək bazarında yer tutmaları üçün birgə səylər göstərmək də vacib amillərdir. Bu məqsədlə rəqəmsal laboratoriya və kitabxanalar, habelə onlayn təhsil platformaları yaradılacaq.

Tehsil-press.az


Oxşar xəbərlər