Bakı Slavyan Universitetində görkəmli rus şairi Marina Svetayevaya həsr olunmuş bədii gecə keçirilib

Bakı Slavyan Universitetində görkəmli rus şairi Marina Svetayevaya həsr olunmuş bədii gecə keçirilib Dekabrın 25-də Bakı Slavyan Universitetinin (BSU) “Moskva auditoriyası” Rusiya Tədris-Mədəniyyət Mərkəzində XX əsrin görkəmli rus şairi Marina Svetayevaya həsr olunmuş bədii gecə keçirilib.
Tədbirdə çıxış edən Rusiya Tədris-Mədəniyyət Mərkəzinin müdiri Gülnarə Novruzova görkəmli şairin yaradıcılığından söz açıb.
Sonra universitetin rus ədəbiyyatı kafedrasının dosenti Xuraman Mürsəliyeva rus poeziyasının “gümüş dövrü”nün görkəmli nümayəndəsinin həyat və yaradıcılığı barədə ətraflı məruzə ilə çıxış edib. Marina Svetayevanın çətin həyat yolundan danışan X.Mürsəliyeva bildirib ki, görkəmli şair qiymətli sətirləri ilə insan ruhuna daxil olaraq, rus söz sənəti xəzinəsini zənginləşdirib, həmçinin gözəl nasir və tərcüməçi olub.
“Ziyalı ailəsində dünyaya gələn Marina artıq 6 yaşında rus, fransız və alman dillərində şeirlər yazıb. XX əsrin əvvəllərində Rusiyada baş verən hadisələr onun yaradıcılığında və həyatında öz əksini tapıb”, - deyən X.Mürsəliyeva görkəmli şairin bir neçə şeirini ifa edib.
Tədbirin təşkilatçılarına minnətdarlığını bildirən Azərbaycan Yazıçılar Birliyinin üzvü, tərcüməçi Alina Talıbova Moskvada keçirilən beynəlxalq festival zamanı Marina Svetayevanın ev-muzeyində çəkilən xatirə şəkillərindən ibarət slayd təqdim edib. Slaydda, həmçinin Marina Svetayevanın Tatarıstanın Yelabuqa şəhərindəki evindən görüntülər və məzarı yanında çəkilən şəkillər də yer alıb.
Bədii gecədə filologiya fakültəsinin tələbələri Nəzrin Abbaszadə, Dilarə Ramazanova, Elmira Süleymanova və Nəzrin Səfərova şairin şeirlərini rus dilində səsləndiriblər.
Sonda pedaqoji fakültənin dekan müavini, dosent Nailə Xəndan Marina Svetayevanın şeirlərini oxuyub. Şeirləri Azərbaycan dilinə Aydan Xəndan tərcümə edib.

BSU-nun Mətbuat Xidməti


Bakı Slavyan Universitetində görkəmli rus şairi Marina Svetayevaya həsr olunmuş bədii gecə keçirilibBakı Slavyan Universitetində görkəmli rus şairi Marina Svetayevaya həsr olunmuş bədii gecə keçirilibBakı Slavyan Universitetində görkəmli rus şairi Marina Svetayevaya həsr olunmuş bədii gecə keçirilibBakı Slavyan Universitetində görkəmli rus şairi Marina Svetayevaya həsr olunmuş bədii gecə keçirilibBakı Slavyan Universitetində görkəmli rus şairi Marina Svetayevaya həsr olunmuş bədii gecə keçirilib

Oxşar xəbərlər