Putin ölkədəki vəziyyətin real qiymətləndirilməsinə ehtiyac olduğunu dedi

Putin ölkədəki vəziyyətin real qiymətləndirilməsinə ehtiyac olduğunu dedi Rusiya Prezidenti Vladimir Putin iqtisadi sanksiyalar və Ukraynadakı müharibə səbəbindən ölkədə bütün sahələrdə daha yüksək tempdə işləməyə və ümumilikdə vəziyyətin daha real qiymətləndirilməsinə ehtiyac olduğunu bildirib.
Putin bu haqda Rusiya Silahlı Qüvvələrinin ehtiyaclarını ödəmək üçün hökumət nəzdində yaradılan koordinasiya komitəsinin ilk onlayn iclasında çıxışı zamanı danışıb.
“Bütün sahələrdə daha yüksək tempə və ümumilikdə vəziyyətin çox real qiymətləndirilməsinə ehtiyacımız var. Bu, təkcə birbaşa xüsusi hərbi əməliyyatlara deyil, demək olar ki, bütün sahələrdəki işlərimizə aiddir”, - Rusiya lideri qeyd edib.
Bundan əlavə, Putin Ukraynadakı müharibədə rus əsgərlərinin texnika və xüsusi maşınlara sahib olmasının, həmçinin bu maşınların rahat, effektiv və müasir xüsusiyyətlərə malik olmasının vacibliyini vurğulayıb.

Tehsil-press.az


Oxşar xəbərlər