
Prorektor Səadət Qəndilova Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Hüseyn Cavidin 140 illiyinin keçirilməsinin əhəmiyyətindən danışıb. Görkəmli alimin yubileyinin dövlət səviyyəsində qeyd edilməsinin Hüseyn Cavid irsinə rəğbətin göstəricisi olduğunu vurğulayıb.
Azərbaycan Yazıçılar Birliyinin Yaradıcılıq məsələləri üzrə katibi, şair, yazıçı, kinodramaturq İlqar Fəhmi, Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan şöbəsinin rəhbəri, şair və yazıçı Sayman Aruz böyük şairin yaradıcılığının bənzərsizliyindən, ədəbiyyatımızdakı mühüm yerindən, həmçinin əsərlərindəki ideya və danılmaz bəşəri sevgi haqqında fikirlərini bölüşüblər.
Sonra Hüseyn Cavidin qardaşı Şeyx Məhəmməd Rasizadənin qızı Gövhər xanımın tədbir iştirakçılarına təşəkkür məktubu oxunub.
Tədbir bədii hissə ilə davam edib.
Tehsil-press.az