Zəfər əcnəbi tələbələrin gözü ilə - AzMİU-da bayram konserti təşkil olunub

Zəfər əcnəbi tələbələrin gözü ilə - AzMİU-da bayram konserti təşkil olunub Zəfər Günü münasibətilə Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) bayram konserti təşkil edilib.
Əcnəbi tələbələrin təhsili üzrə dekanlığın təşəbbüsü ilə ərsəyə gələn tədbirdə professor-müəllim heyəti və tələbə kollektivi, həmçinin Elmə və Təhsil Nazirliyinin, ölkəmizdə fəaliyyət göstərən xarici ölkə səfirliklərinin nümayəndələri iştirak ediblər.
Konsert proqramı başlamazdan öncə bizə Zəfər qürurunu yaşadan şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Sonra əcnəbi tələbələr konsert proqramı ilə çıxış ediblər. Azərbaycanın milli mahnı və rəqsləri ifa edilib, hərbi-vətənpərvər ruhda şeirlər səsləndirilib.
Tələbələr öz ifaları ilə tamaşaçılar üçün əsl bayram əhval-ruhiyyəsi yaradıblar. Universitetin əcnəbi tələbələrinin də təmsil olunduğu "Buta" rəqs qrupunun “Azərbaycan” milli rəqsi, İlker Turalı, Oktay Akkuş, Tarkan Yusuf Köksoy və başqalarının söylədiyi şeirlər alqışlarla qarşılanıb. Nəsrin Şəfiyi "Şuşanın dağları", Cao Syao və Jia Peixuan "Çin xalq mahnısı", Mehmet Akif Eren "Çırpınırdı Qara dəniz" mahnılarını ifa ediblər.
Tədbirin sonunda AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova konsert proqramına görə əcnəbi tələbələri təbrik edib və onları ölkələrinə qayıdandan sonra da Azərbaycanın dostu, həqiqət carçısı olmağa çağırıb.

Tehsil-press.az


Oxşar xəbərlər