AzMİU-nun türkiyəli tələbələri imtahan sessiyası barədə məlumatlandırılıb

AzMİU-nun türkiyəli tələbələri imtahan sessiyası barədə məlumatlandırılıb Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) təhsil alan türkiyəli tələbələrlə onlayn konfrans keçirilib.
Türkiyənin ölkəmizdəki səfirliyinin təhsil müşavirliyi və AzMİU-nun Əcnəbi tələbələrin təhsili dekanlığının təşkilatçılığı ilə keçirilən konfransda tələbələrə qarşıdakı imtahan sessiyasının təşkili və gedişatı barədə ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.
Konfransda təhsil müşaviri Nihat Büyükbaş, AzMİU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, professor Nərgiz Abdullayeva, Əcnəbi tələbələrin təhsili üzrə dekan Polad Sadıqov, Memarlıq fakültəsinin dekanı Zahidə Məmmədova iştirak ediblər.

Tehsil-press.az

Oxşar xəbərlər