ATMU-da tələbələr könüllülük fəaliyyəti barədə məlumatlandırılıb

ATMU-da tələbələr könüllülük fəaliyyəti barədə məlumatlandırılıb Azərbaycan Turizm və Menecment Universitetində “Turizm üzrə könüllülük fəaliyyəti” mövzusunda məlumat sessiyası təşkil olunub.
“Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi əməkdaşlarının iştirak etdikləri məlumat sessiyasında tələbələr təlimçi Humay Abbasovanın təqdimatında turizm üzrə könüllülük fəaliyyəti, təşkilatın fəaliyyət istiqamətləri barədə məlumatlandırılıb.
Təlimçilər “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin fəaliyyət istiqamətləri və ATMU ilə əməkdaşlıq münasibətləri, turizm sahəsi üzrə təhsil alan və gələcək fəaliyyətlərini müvafiq sahəyə hədəfləyən gənclərin müxtəlif layihələrə cəlb edilməsi, tələbələrdən ötrü təşkilat daxili imkanlar, müxtəlif layihələr və digər mövzular barədə məlumat veriblər.
Diqqətə çatdırılıb ki, tədbirin təşkilində məqsəd ATMU-nun timsalında ümumilikdə ölkə tələbələrinin təbliğat-təşviqat, təlim-tədris proqramları və müvafiq kurslarda yaxından iştirakını təmin etməklə bərabər, onları vahid məlumat bazasının inkişafını şərtləndirən fəaliyyətə cəlb etməkdir.
Sonra təlimçilər tələbələrin suallarını cavablandırıblar.

Tehsil-press.az


Oxşar xəbərlər