
Görüşdə abituriyentlərə ixtisaslar, ixtisasların daxil olduğu qəbul qrupları, keçid balları, universitetin tələbələr üçün təmin etdiyi imkanlar, beynəlxalq təhsil proqramları, "Azərbaycan-Avstriya Turizm Proqramı", məzunlar üçün iş imkanları, tələbələrin könüllülük fəaliyyətinin təşkili və digər mövzular haqqında ətraflı məlumat verilib. Həmçinin ötən tədris ilində turizm işinin təşkili ixtisas proqramı üzrə ISO 9001:2015 və eyni təhsil proqramı üzrə Ümumdünya Turizm Təşkilatının “UNWTO.TedQual” beynəlxalq keyfiyyət sertifikatlarına layiq görülməsi də abituriyentlərin diqqətinə çatdırılıb.
Görüşdə ATMU-nun əməkdaşları abituriyentlərin suallarını cavablandırıblar.
Tehsil-press.az