ADU-da “Təhsilimiz: dünəndən sabaha” kitabı təqdim olunub

ADU-da “Təhsilimiz: dünəndən sabaha” kitabı təqdim olunub Azərbaycan Dillər Universitetində (ADU) Əməkdar müəllim Asif Cahangirovun “Təhsilimiz: dünəndən sabaha” kitabının təqdimat mərasimi keçirilib.
Tədbirdə rektor Kamal Abdulla qeyd edib ki, kitabda təhsilə adi proses kimi baxılmayıb, onun cəmiyyətin dəyərlər sistemində mühüm yeri olan element olması öz təsdiqini tapıb: “Bu gün təhsillə bağlı çoxlu kitablar yazılır. Ancaq sevindirici haldır ki, bu kitab öz aktuallığı, mövzu baxımından müasirliyi ilə seçilir. Kitabın müəllifi birbaşa təhsillə bağlı bir şəxsdir. O, təhsilə kənardan gəlməyib. Bu baxımdan da kitabın əhəmiyyəti və fərqi önə çıxmış olur. Kitabda təhsillə bağlı bir neçə maraqlı proqnozlara rast gəlmək olar. Bu proqnozlar həm də müasir insanın düşüncə tərzinə yeni baxış üçün zəmin yaratmış olur”.
Kitabın elmi redaktoru Ənvər Abbasov, professor Fərrux Rüstəmov və Amerika mərkəzinin direktoru Şəhla Xudiyeva yeni nəşrlə bağlı fikirlərini bölüşüblər.
Bildirilib ki, kitabda əksər universitetlərin dünya ali təhsil məkanında cərəyan edən qlobal prosesləri layiqincə dəyərləndirə bilməməsi, ali məktəblərdə tələbələrdə səriştələrin inkişaf etdirmək əvəzinə nəzəriyyələrlə ifrat dərəcədə yüklənmiş biliyə üstünlük verilməsi, təhsillə elmi fəaliyyətin inteqrasiyası mənzərəsinin qənaətbəxş olmaması, universitetlərdə elmi tədqiqatların zəif aparılması və digər bu kimi ciddi problemlərə toxunulub.

Tehsil-press.az



Oxşar xəbərlər