Xarici mütəxəssislər ADNSU-da tələbələrə CV hazırlamağın yollarından danışıblar

Xarici mütəxəssislər ADNSU-da tələbələrə CV hazırlamağın yollarından danışıblar “Schlumberger” (SLB) qlobal texnologiya şirkətinin Xəzər regionu üzrə işə qəbul koordinatoru Daniyel Serikbayev, Rusiya və Mərkəzi Asiya üzrə işə qəbul və universitetlərlə əlaqələr üzrə meneceri Aleksander Nekrasov Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) olublar.
Xarici mütəxəssislər tələbələrə CV hazırlamağın yolları, işə qəbul prosesi, uğurlu karyera üçün əsas amillər haqqında ətraflı məlumat veriblər. Vurğulanıb ki, uğur qazanmaq üçün yüksək təhsil və səriştə ən vacib nüanslardandır.
Sonra tələbələrin sualları cavablandırılıb.

Tehsil-press.az

Oxşar xəbərlər