Zelenski Ağ Evdə - Video

Zelenski Ağ Evdə - Video Ukrayna Prezidenti Volodimir Zelenski Ağ Evə gedib.
Zelenskini Ağ Evdə ABŞ Prezidenti Co Bayden və xanımı Cil Bayden qarşılayıb.
Qəbuldan sonra Bayden və Zelenskinin ikitərəfli görüşü olub. İkitərəfli görüşdən sonra liderlər birgə mətbuat konfransı keçirəcəklər. Daha sonra Zelenski Konqresin birgə iclasında üzvlər qarşısında çıxış edəcək.
Qeyd edək ki, bu, Ukrayna Prezidentinin vəzifəyə başladığı gündən ABŞ-a ikinci, ölkəsindəki müharibənin başlamasından sonra isə ilk səfəridir.



Tehsil-press.az



Oxşar xəbərlər