Ayazın konsertində qorxulu anlar - Video

Ayazın konsertində qorxulu anlar - Video Ayaz Babayevin "Dəniz Moll" ticarət mərkəzində baş tutan konsertində təhlükəli anlar yaşanıb.
Konsert zamanı fotoqraf Tariel Hüseynov hovuza yıxılıb.
Belə ki, fotoqraf boğulma təhlükəsi ilə üz-üzə qalıb. Mühafizə son anda onu xilas edib.
***
Baş verən hadisə ilə əlaqədar “Dəniz Moll” ticarət mərkəzi məlumat yayıb.
Tədbirin fotoqrafı konsert zamanı ehtiyatsızlıqdan suya düşüb.
“Mərkəzin mühafizəsinin ani müdaxiləsi nəticəsində fotoqraf sudan tez çıxarılıb. Hər şey qaydasındadır”, deyə bildirilib.
Hadisə ilə əlaqədar Ayaz Babayev instaqram hesabının hekayə bölməsində paylaşım edib.
O, qeyd edib ki, konsert çox uğurlu keçib.



Tehsil-press.az

Oxşar xəbərlər