Əfsanəvi qrup konsertində Ukraynanı dəstəklədi

Əfsanəvi qrup konsertində Ukraynanı dəstəklədi Dünyaca məşhur rok-qrupu “Scorpions” İsraildə baş tutan konsert zamanı Ukraynaya dəstək əlaməti olaraq ölkənin bayrağını qaldırıb.
Daha əlavə rok-qrup bu ilin martında Las-Veqasda keçirilən konsertdə vokalçı Klaus Meyn “Moskva çayı sahilində Qorki parkında gəzirəm” (I follow the Moskva down to Gorky Park”) mahnısının birinci sətri əvəzinə, “Ürəyimi dinlə, o Ukrayna söyləyir” (“Now listen to my heart, it says Ukrainia”) deyə ifa edib.
Qeyd edək ki, britaniyalı əfsanəvi müğənni, pianoçu və bəstəkar Elton Conun vida konserti zamanı da oxşar maraqlı hadisə yaşanmışdı.
Belə ki, minlərlə pərəstişkarı qarşısında çıxış edən müğənni izdihamın içərisində əlində Ukrayna bayrağı olan ukraynalını görərək, ona tərəf dönüb. Həmçinin Elton Con izdihamı həmin ukraynalıya baxmağa və Ukrayna bayrağının fotosunu çəkməyə çağırmışdı.

Tehsil-press.az



Oxşar xəbərlər