Sumqayıt şəhər F.Əmirov adına Uşaq Musiqi məktəbində bəstəkar Fikrət Əmirovun yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Sumqayıt şəhər F.Əmirov adına Uşaq Musiqi məktəbində bəstəkar Fikrət Əmirovun yaradıcılığına həsr olunmuş tədbir keçirilib Sumqayıt Regional Mədəniyyət idarəsinin dəstəyi ilə Sumqayıt şəhər F.Əmirov adına Uşaq Musiqi məktəbində görkəmli bəstəkar Fikrət Əmirovun yaradıcılığına həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə bəstəkarın həyat və yaradıcılığı haqqında tədbir iştirakçılarına geniş məlumat verilib.
Sonra tədbvir konsert proqramı ilə davam edib.
Konsertdə məktəbin “Xor” kollektivinin ifasında Fikrət Əmirovun "Kürd-Ovşarı" simfonik muğamından musiqi parçası, "Reyhan" mahnısı, Fortepiano ixtisası üzrə I sinif şagirdi Faiq Talıbovun ifasında "Məktəblilər" nəğməsi, VI sinif şagirdi Fidan Aslanlının ifasında "Lirik mahnı", Violin ixtisası üzrə VII sinif şagirdi Firuzə Hüseynovanın və fortepianoda Fərid Şirinovun ifalarında "Aslanın mahnısı", müəllimə Gülbəniz Əsədovanın ifasında "Böyük dayaq" kinofilmindən "Gecə keçdi" mahnısı və başqa musiqi nömrələri maraqla dinlənilib.

Sumqayıt Regional Mədəniyyət idarəsinin
Mətbuat xidməti

Oxşar xəbərlər