Putinin sarışın "mələyi": Görün onu necə qoruyur - Maraqlı faktlar

Putinin sarışın Rusiya Prezidenti Vladimir Putinin Yeni il təbriki müzakirələrə səbəb olub.
Vladimir Putin Ukraynaya qarşı döyüşən Rusiya hərbçilərinə yeni il müraciəti edib. Bununla belə, döyüşçülər arasında olan digər şəxslər diqqət çəkib.
Kremlin yaydığı videoda Putin “xüsusi əməliyyat”ın döyüşçülərinə tezliklə qələbə arzulayıb, müharibənin zərurət olduğunu bildirib.
Görüntülərdə Putini bir neçə cərgədə düzülmüş izdiham dinləyib - rus geyimində və Georgi lentində.
Amma prezidentin nitqini dinləyən şəxslərdən bəziləri öncədən tanınıb. Putini dinləyənlər arasında Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin əməkdaşı da var ki, o, müntəzəm olaraq Putinlə müxtəlif tədbirlərdə görünür. Söhbət sarışın rus xanımından gedir. Və bu xanım müxtəlif tədbirlərdə fərqli geyimlərdə Putinin yanında peyda olur.
Ümumilikdə qeyd edək ki, koronavirus pandemiyasının başlanğıcından bəri Putin getdikcə özünü ictimaiyyətdən təcrid edir.



Tehsil-press.az


Oxşar xəbərlər