“Putin elə bir durumdadır ki, Paşinyan belə ona...” – Amerika nəşri

“Putin elə bir durumdadır ki, Paşinyan belə ona...” – Amerika nəşri Rusiya Prezidenti Vladimir Putinin Ukraynanı ələ keçirmək planları iflasa uğradı, ona görə də 2022-ci ili silsilə səhvlər və ciddi uğursuzluqlarla başa vurur.
Amerika nəşri qeyd edir ki, Putinin uğursuzluğuna misal olaraq noyabrın sonunda altı keçmiş sovet respublikasını bir araya gətirən KTMT-nin sammitini göstərmək olar:
“İclasa ev sahibliyi edən Ermənistanın Baş naziri Nikol Paşinyan açıq şəkildə sammitin yekun bəyannaməsini imzalamaqdan imtina etdi. Paşinyan hətta KTMT liderlərinin kollektiv fotosu çəkilən zamanı Putindən uzaqlaşmışdı”.
Məqalədə bildirilir ki, müttəfiqlə bu qırılma Rusiyada getdikcə daha çox insanın Ukraynadakı müharibəni şübhə altına alması fonunda baş verir.
Putinin digər uğursuzluğu isə 10 ildə ilk dəfə ilin sonunda ənənəvi mətbuat konfransını ləğv etməsi oldu. Tədbirin ləğvi Rusiya liderinin Ukrayna ilə bağlı jurnalistlərin suallarını cavablandırmaq istəməməsi ilə bağlı söz-söhbətə gətirib çıxarıb.
Putin üçün növbəti narahatedici məqam Hindistan Baş naziri Narendra Modinin Rusiyanın “Kommersant” qəzetinə yazdığı məqalədə onu müharibələrə son qoymağa çağırması ilə əlaqəlidir. Modi məqaləsində “ərazilər və ya resurslar uğrunda mübarizə”ni tənqid edib.
Çin lideri Si Cinpin də tez-tez müharibə ilə bağlı sualları və narahatlıqları olduğunu deyir. Çin Ukraynadakı müharibədə maraqlı deyil. Bu isə müharibənin Çinin bir sıra iqtisadi planlarını pozması ilə əlaqəlidir.
“Putin müharibədə qalib gələ bilmir, amma Moskvaya nəzarəti necə saxlamağı bilir”, - ABŞ Dövlət Departamentinin keçmiş əməkdaşı Maykl Kimmeyc deyib.
Məqalədə qeyd olunur ki, Putin həmişəkindən daha çox təcrid olunmuş görünür, çünki Rusiya elitasının bir çox üzvləri müharibənin gedişindən narazıdır.

Tehsil-press.az

Oxşar xəbərlər