Şəhid polkovnik-leytenant Orxan Əkbərovun xatirəsi anılıb

Şəhid polkovnik-leytenant Orxan Əkbərovun xatirəsi anılıb Muzeyin icraçı direktoru dosent Fərhad Cabbarov şəhidlərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində muzeydə həyata keçirilən tədbirlərin əhəmiyyətini vurğulayıb.
Şəhid Orxan Əkbərovun Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlardan danışan F.Cabbarov onun şəxsi əşyalarının muzeydə daim qorunacağını deyib.
Muzeyin Vətən müharibəsi fondunun müdiri Şəfa Mövsümov, şəhidin əmisi Yusif Əkbərov, döyüş yoldaşı polkovnik-leytenant Azər Baxşəliyev, həyat yoldaşı Nuranə Əkbərova qəhrəmanın həyat və döyüş yolundan bəhs ediblər.
Şəhid Orxan Əkbərova həsr olunmuş videoçarxlar nümayiş olunub, “Xarıbülbül kompozisiyası” və “Zəfər yolu” mahnısı təqdim edilib.
Sonra şəhid Orxan Əkbərovun ailə üzvləri onun şəxsi əşyalarını muzeyə veriblər. “Əfsanəvi kəşfiyyatçı Orxan Nadir oğlu Əkbərov” kitabı muzeyə hədiyyə olunub.

Tehsil-press.az



Oxşar xəbərlər