
Bununla əlaqədar olaraq rektor İradə Xəlilova Türkiyəyə səfər edəcək qrupun üzvləri və rəhbər heyəti ilə görüşüb. Qrupun rəhbəri, ictimai əlaqələr və media üzrə direktor Əlövsət Əmirbəyli səfərə hazırlıqla bağlı məlumat verib.
Rektor iştirakçıları təbrik edərək, onlara qarşıdakı maraqlı səfərdə uğurlar arzulayıb.
Xəzər Universitetinin nümayəndə heyəti beş gün ərzində Türkiyə Böyük Millət Məclisində, Türkiyə Gənclər və İdman Nazirliyində, valiliklərdə görüşlər keçirəcək və müxtəlif tədbirlərdə iştirak edəcək. Proqrama uyğun olaraq nümayəndə heyəti, həmçinin Kırşehir, Nevşehir və Kapadokyanın tarixi yerləri ilə tanış olacaq, universitetlərdə görüşlər keçirəcək.
Tehsil-press.az