ADNSU-da “AZİİ Data analitika” mərkəzi yaradılır

ADNSU-da “AZİİ Data analitika” mərkəzi yaradılır Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Elmi Şuranın növbəti iclası olub. İclasda rektor Mustafa Babanlı universitetdə aparılacaq struktur dəyişikliklərdən danışıb, rəqəmsal ADNSU layihəsi, 2023-cü il üçün təhsil müəssisəsinin fəaliyyət planı, həmçinin “Layihə menecmenti” ofisinin yaradılması, ADNSU-nun QS reytinqinə hazırlığın vəziyyəti, xarici dil və ixtisas üzrə əlavə sertifikat imkanları barədə məlumat verib.
Qeyd olunan yeniliklər və dəyişikliklər şura üzvləri tərəfindən qəbul olunub.
Sonra Start-UP və İnnovasiya Mərkəzinin fəaliyyəti, “AZİİ Data analitika” mərkəzinin yaradılması barədə məlumat verilib.

Tehsil-press.az



Oxşar xəbərlər