ADNSU-nun İctimai Etimad Şurasının üzvləri imtahan prosesini izləyiblər

ADNSU-nun İctimai Etimad Şurasının üzvləri imtahan prosesini izləyiblər Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) bu ali məktəbin İctimai Etimad Şurası imtahan prosesini izləyib.
İctimai Etimad Şurasının üzvləri auditoriyalarda imtahanların keçirilməsi üçün yaradılan şəraitlə tanış olublar.
Rektor Mustafa Babanlı ilə görüşdə onlara ADNSU-nun fəaliyyəti barədə ətraflı məlumat verib. Bildirilib ki, son illər universitetdə olan yeniliklər, ilk növbədə, tələbələrin yüksək səviyyədə təhsil almalarına hesablanıb və artıq nəticələr də var. Bu gün ADNSU-da peşəkar və savadlı mütəxəssis hazırlandığını deyən rektor təhsil və tədris prosesinin, dərs vəsaitlərinin müasir çağırışlara uyğun təşkil olunduğunu diqqətə çatdırıb.
Sonra şura üzvləri ADNSU-da imtahan prosesinin təşkili ilə bağlı fikirlərini bölüşüblər. Onlar təhsil müəssisəsindəki şəffaf tədris mühitini, tələbələrin biliklərini sərbəst şəkildə ifadə edə bilmələri üçün yaradılan şəraiti və imtahana nəzarət prosesini yüksək qiymətləndiriblər.

ADNSU-nun Mətbuat Xidməti

Oxşar xəbərlər