ADPU-da gənc əməkdaşlar və fəal tələbələr mükafatlandırılıb

ADPU-da gənc əməkdaşlar və fəal tələbələr mükafatlandırılıb Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Gənclər Günü münasibətilə ötən bir il ərzində fəaliyyəti ilə xüsusi fərqlənən gənc əməkdaşlar, müəllimlər və tədrisdə, eləcə də sosial-ictimai həyatda xüsusi fərqlənən tələbələrlə görüş keçirilib.
Görüşdə 40 gənc əməkdaş və müəllim, yüksək akademik nəticələr əldə edən 12 tələbə və ictimai-sosial həyatda fəallığı ilə seçilən 31 tələbə olmaqla, ümumilikdə 83 nəfərə universitet rəhbərliyi adından fəxri fərmanlar təqdim edilib.

Tehsil-press.az


Oxşar xəbərlər