
Belçikanın paytaxtı Brüsseldəki NATO qərargahı qarşısında 30 müttəfiq ölkənin bayraqları Türkiyə və türk xalqı ilə həmrəylik, zəlzələdə həyatını itirənlər üçün sabah axşama qədər yarıda qalacaq.
Türkiyənin NATO-dakı Daimi Nümayəndəliyinin sosial mediada verdiyi açıqlamada, “Bu mənalı və güclü həmrəylik mesajı ilə dünəndən bu yana ölkəmizə göndərdikləri yardıma görə müttəfiqlərimizə səmimi təşəkkürümüzü bildiririk”, - qeyd olunub
NATO-nun sözçüsü Oana Lungesku NATO üzvü olan ölkələrin zəlzələ bölgəsində köməyə ehtiyacı olanlara dəstək olmaq üçün yardım səylərini səfərbər etdiklərini bildirib.
Tehsil-press.az