Parisin mərkəzindəki yolların bir hissəsi günün sonuna qədər avtomobillər üçün bağlanıb. 11 minə yaxın hüquq-mühafizə orqanı asayişi qorumaq üçün səfərbər edilib.
Tətil edən ilk olaraq nəqliyyat işçiləri olub. Ümumi Əmək Konfederasiyasının (ÜƏK) çağırışı ilə regional qatarlara, o cümlədən ölkənin mərkəzi rayonlarına xidmət edən briqadalar işə gəlməyiblər.
Həmkarlar ittifaqları çərşənbə axşamı Fransada baş tutan üçüncü ümummilli aksiyanın hakimiyyət orqanlarının pensiya yaşını artırmaq planlarına qarşı mübarizədə dönüş nöqtəsi olacağını gözləyirlər.
Tehsil-press.az