Türkiyədə məktəblər bu tarixdən açılacaq

Türkiyədə məktəblər bu tarixdən açılacaq Türkiyədə məktəblər fevralın 20-dən açılacaq.
Bu barədə məlumatı Türkiyənin milli təhsil naziri Mahmut Özer tviter hesabında paylaşıb.
Nazir bildirib ki, baş verən zəlzələyə görə, məktəblərin fevralın 20-nə qədər dayandırılmasına qərar verilib:
"Çünki Türkiyədəki 10 min müəllimimiz zəlzələ ərazisindədir. Ona görə də bu prosesi pozmamaq üçün Türkiyənin 71 vilayətində semestr tətilini bir həftə daha 20 fevrala qədər uzadırıq".
Qeyd edək ki, nazir zəlzələ baş verən gün məktəblərdə fevralın 13-nə qədər tətil elan edildiyini açıqlamışdı.

Tehsil-press.az

Oxşar xəbərlər