
Tədbiri açan ADPU THİK sədri dosent Vurğun Məmmədov Xocalı soyqırımının 31-ci ildönümü ərəfəsində universitet daxilində həyata keçiriləcək layihələrdən danışaraq, faciə qurbanlarının əziz xatirəsinin hər birimizin yaddaşımıza əbədi həkk olunduğunu bildirib.
V.Məmmədov ermənilərin Xocalıda törətdikləri qətliam haqqında ətraflı söz açıb.
ADPU-nun Türk və Şərqi Avropa xalqları tarixinin tədrisi texnologiyası kafedrasının baş müəllimi Taleh Cəfərov Xocalı faciəsinə tarixi aspektdən yanaşaraq, mənfur qonşularımız tərəfindən beynəlxalq hüququn norma və prinsiplərinin kobud surətdə pozulduğunu, Azərbaycana qarşı misli görünməmiş soyqırımı aktının törədildiyini qeyd edib.
Görüş diskussiya ilə davam edib.
Tehsil-press.az