Serbiyadakı İslam icmaları Niş və Kralev hava limanlarını boykot etməyə çağırır.
Onlar iddia edirlər ki, hava limanının əməkdaşları dini göstərişlərə uyğun geyinmiş müsəlman qadınlara qarşı “qeyri-peşəkar” davranırlar, belə sərnişinlərin alçaldılma və ayrı-seçkiliyə məruz qaldığı bildirilir.
Reşad Plojoviç, Serbiya İslam İcmaları Şurasının vitse-prezidenti:
“Biz tez-tez baş örtüyünün, eləcə də bəzi digər geyim əşyalarının çıxarılmasını tələb etmələri ilə bağlı, ayrı-ayrı şəxslərin ifadələrini toplayıb yığmışıq”.
Aeroport rəsmiləri deyirlər ki, qaydalar hər yerdə eynidir. Dini mənsubiyyətindən asılı olmayaraq, hər bir sərnişindən üst paltarı, başını və üzünü örtən əşyaları çıxarması tələb olunur.
Zivoin Tasiç, Serbiyanın hava limanları direktorunun müavini:
"Geyimlərini çıxartmaq istəməyən sərnişinlər üçün bu halda , müayinə otaqları nəzərdə tutulub. Sərnişinlərin ləyaqəti və toxunulmazlığı heç bir şəkildə pozulmur. Biz heç bir ayrı-seçkiliyin olmadığına və əməkdaşlarımızın təhlükəsizlik tələblərinə uyğun hərəkət etdiyinə tam əminik”.
İslam icmasının nümayəndələri isə israr edirlər ki, yalnız Niş və Kralevdə belə tələblər irəli sürülür, məsələn, Belqradda deyil. Aeroport rəhbərliyi indiyədək bu cür şikayətlərin daxil olmadığını bildirir.
Tehsil-press.az