
Yük maşını öz tullantılarını daşıyarkən onlar yanmağa başlayıb. Sürücü özünün və maşınının yanmaması üçün alışan tullantıları yola atıb.
Əraziyə gələn Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yanğını söndürüblər.
***
Mənzil Kommunal Təsərrüfatı Departamentindən bildirilib ki, yük maşını şəxsi olub və həmin maşının sürücüsü idarənin əməkdaşı deyil:
"O, tullantıları şəxsi məqsədləri üçün daşıyırmış. Maşında qəfildən yanma olduğuna görə qorxusundan yanan tullantıları Qız qalasının qarşısına atmalı olub. Dərhal əraziyə FHN-nin Səbail Rayon Yanğından Mühafizə İdarəsinin əməkdaşları gələrək yanğını söndürüblər".
Məlumatda həmin şəxs barəsində inzibati cəza tədbirlərinin görüldüyü bildirilib.
Tehsil-press.az