Bakıda körpələr evində yanğın - 18 uşaq xilas edildi

Bakıda körpələr evində yanğın - 18 uşaq xilas edildi Bakıda körpələr evində yanğın baş verib.

Təhsil-press.az Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Pirallahı rayonunda ümumi sahəsi 450 kvadratmetr olan ikimərtəbəli "Cırtdan" körpələr evinin zirzəmisində 3 kvadratmetr sahədə məişət tullantıları yanıb. Yanğın zamanı otaqlardan 18 nəfər azyaşlı uşaq yanğınsöndürənlər tərəfindən xilas olunub. Körpələr evinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 16:44-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təhsil-press.az

Oxşar xəbərlər