Yaponiya Rusiyaya qarşı sanksiyaları genişləndirəcək

Yaponiya Rusiyaya qarşı sanksiyaları genişləndirəcək Yaponiya hökuməti ABŞ və Kanadanın ardından Rusiyaya qarşı sanksiyaları genişləndirmək qərarına gəlib.
Müvafiq qərar “Yeddilər qrupu” (G7) ölkələri liderlərinin online-görüşündə Baş nazir Fumio Kişida tərəfindən elan edilib. Yeni sanksiyalar fərdi şəxslərin, təşkilatların və maliyyə institutlarının aktivlərinin dondurulması ilə bağlıdır. Eyni zamanda, ixracı qadağan olunan məhsulların siyahısı, həmçinin PUA-ların istehsalı ilə bağlı detallarla genişləndiriləcək.
Yaponiyanın Ukrayna müharibəsi ilə bağlı Rusiyaya bir neçə mərhələdə tətbiq etdiyi sanksiyalar artıq 900 şəxsi və 50-dən çox təşkilatı əhatə edir.

Tehsil-press.az

Oxşar xəbərlər