İngiltərə və Uelsdə nikah yaşı 18-ə qaldırıldı

İngiltərə və Uelsdə nikah yaşı 18-ə qaldırıldı İngiltərə və Uelsdə evlənmək üçün minimum yaş həddi 16-dan 18-ə qaldırılıb. Qüvvəyə minmiş qanun gənc qızları məcburi nikahlardan qorumaq üçün nəzərdə tutulub.
Britaniya hökumətinin saytında dərc olunmuş press-relizdə qeyd edilir:
“Bundan sonra sosial cəhətdən həssas uşaqların nikahlarını təşkil etməklə istismar edilməsi qanunsuzdur. Üstəlik, bu cür nikahların təşkili istənilən şəraitdə cinayət məsuliyyətinə çevrilir”.
“Zorakı olub-olmamasından asılı olmayaraq” - yeni qanuna görə, uşaq nikahlarının təşkilində təqsirli bilinən şəxsləri indi 7 ilə qədər həbs gözləyir. Əvvəllər evlilik yalnız məcburiyyət tətbiq edildikdə cinayət sayılırdı.
İndi qanunun qüvvəyə minməsi ilə hətta valideynlərin razılığı olsa belə, 16-17 yaşlı yeniyetmələrin ailə qurmasına icazə verilməyəcək.
Şotlandiya və Şimali İrlandiyada isə nikah üçün minimum yaş valideynlərin razılığı ilə 16 olaraq qalır.

Tehsil-press.az

Oxşar xəbərlər