İlahiyyat İnstitutunda tədbir: Gələcəyi günümüzdə qura bilsək

İlahiyyat İnstitutunda tədbir: Gələcəyi günümüzdə qura bilsək Azərbaycan İlahiyyat İnstitutunda Xəzər Universitetinin təsisçisi, professor Hamlet İsaxanlının iştirakı ilə “Gələcəyi günümüzdə qura bilsək” mövzusunda tədbir təşkil olunub.
Müəllim və tələbələrin iştirak etdikləri tədbirdə institutun rektoru dosent Aqil Şirinov professor Hamlet İsaxanlının yaradıcılığından danışıb.
Hamlet İsaxanlı cəmiyyətin inkişafında elm və təhsilin rolundan bəhs edib, ölkəmizdə bu sahənin inkişafına xüsusi əhəmiyyət verildiyini deyib. O, bədii yaradıcılığından nümunələr təqdim edib.
Milli Məclisin deputatı Ceyhun Məmmədov, institutun İlahiyyat fakültəsinin dekanı Elnurə Əzizova professor Hamlet İsaxanlının yaradıcılığı ilə bağlı fikirlərini bildiriblər.
Sonra Hamlet İsaxanlının həyat və yaradıcılığından bəhs edən qısametrajlı film nümayiş olunub.

Tehsil-press.az


Oxşar xəbərlər