Paytaxtda silahla gəzən daha bir şəxs tutuldu
Sabunçu RPİ 13-cü Polis Bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini əvvəllər məhkum olunmuş S.İbrahimov saxlanılıb.
Uzərinə baxış zamanı ondan 1 ədəd nömrəsi silinmiş “Makarov” markalı tapança, 3 ədəd patron və 7 qrama yaxın metamfetamin aşkar olunaraq götürülüb.
Qeyd edək ki, son günlərdən Bakıda odlu silah gəzdirən bir neçə şəxs saxlanılıb.
Tehsil-press.az
- Baxış: 1284
Xəbərin tarixi: 21.03.2023 / 13:13
-
Oxşar xəbərlər