Darya barəsində həbs qərarı verildi

Darya barəsində həbs qərarı verildi Sankt-Peterburqda kafedə partlayış törətməkdə şübhəli bilinən Darya Trepova barəsində cari ilin iyunun 2-dək həbs qətimkan tədbiri seçilib.
Bu barədə Moskvanın Basmannı məhkəməsi qərar qəbul edib.
Belə ki, Rusiya İstintaq Komitəsi D.Trepovaya qarşı terror aktı törədilməsi və qeyri-qanuni partlayıcı maddə daşınması ilə bağlı maddələr üzrə ittiham irəli sürüb.
Xatırladaq ki, aprelin 2-də Sankt-Peterburqdakı kafelərdən birində törədilmiş partlayış zamanı hərbi müxbir, Vladlen Tatarski kimi tanınan Maksim Fomin həlak olub. Partlayış nəticəsində 40 nəfər yaralanıb.

Tehsil-press.az


Oxşar xəbərlər