
Bunu Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev deyib.
O bildirib ki, bununla bağlı normativ sənədlərə düzəliş etməklə həll yolu axtarılır: "Yay aylarında bağçalara qəbul prosesi açılacaq. Bakı, Sumqayıt və Abşeronda fəaliyyət göstərən elə uşaq bağçaları var ki, 300-ə yaxın valideynlər növbə gözləyir”.
Şöbə müdirinin sözlərinə görə, bu istiqamətdə monitorinq aparılır: “Bu müddət ərzində davamiyyətə baxılıb. Bəzi hallarda belə məlumat daxil olur ki, növbədə gözləyənlər çoxdur, amma adları yazılanlar bağçaya gəlmir. Bağçalarda 75-85 % davamiyyət olur. Yerdə qalan uşaqlar mütəmadi bağçaya gəlmir. Ümumilikdə monitorinq nəticələrinə görə bəzi bağça müdirləri vəzifə öhdəliklərini düzgün yerinə yetirə bilmir. Bu səbəbdən çox sayda bağça müdiri işdən çıxarılıb".
Tehsil-press.az