Tələbələr üçün kibertəhlükəsizliklə bağlı ustad dərsi təşkil olunub

Tələbələr üçün kibertəhlükəsizliklə bağlı ustad dərsi təşkil olunub Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) əməkdaşı Murad Balayev tərəfindən Azərbaycan Texniki Universitetinin (AzTU) tələbələri üçün “İnformasiya ekosistemində kibertəhlükəsizlik” mövzusunda ustad dərsi keçirilib.
Əvvəlcə tələbələrə mövzu haqqında ətraflı məlumat verilib, informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik anlayışları izah olunub.
Dərs zamanı sosial mühəndisliyin növləri və hücum vektorları, sosial mediadan təhlükəsiz istifadə, fişinq hücumları və alətləri, faylların təhlükəsizliyi, casus proqramları, zərərverici proqramların yoluxma üsulları və onlarla mübarizə metodları haqqında ətraflı məlumat verilib. Həmçinin əsas və əlavə təhlükəsizlik tədbirləri, cert.gov.az saytından bir sıra təhlükəsizlik alətləri və xidmətləri də tələbələrin diqqətinə çatdırılıb.
Ustad dərsi çərçivəsində tələbələri maraqlandıran suallar cavablandırılıb.
Sonda tələbələr arasında mövzu üzrə bilik yarışı keçirilib və qaliblər mükafatlandırılıb.
Xatırladaq ki, ustad dərsi XRİTDX ilə AzTU arasında 2022-ci il noyabrın 5-də imzalanmış memoranduma əsasən keçirilib.

Tehsil-press.az


Oxşar xəbərlər