UNEC Sankt-Peterburq Dövlət İqtisad Universiteti ilə əməkdaşlığa başlayır

UNEC Sankt-Peterburq Dövlət İqtisad Universiteti ilə əməkdaşlığa başlayır Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Azərbaycan və Rusiya arasında əməkdaşlığın inkişafında Heydər Əliyevin rolu” mövzusunda keçiriləcək beynəlxalq konfransla bağlı Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Elmi fəaliyyətin təşkili və idarə edilməsi departamentinin direktoru professor Zahid Məmmədov Sankt-Peterburq şəhərində işgüzar səfərdədir. Konfrans Rusiya Federasiyası Sankt-Peterburq Dövlət İqtisad Universitetinin (SDİU) və UNEC-in birgə təşkilatçılığı ilə keçirilir.
Səfər zamanı professor Zahid Məmmədov Sankt-Peterburq Dövlət İqtisad Universitetinin rektoru professor İqor Maksimstsevlə görüşüb. Görüşdə UNEC ilə SDİU arasındakı elmi əməkdaşlıq münasibətləri, həmçinin konfransın təşkili ilə bağlı məsələlər müzakirə olunub.
Qeyd edək ki, konfransda UNEC-in rektoru professor Ədalət Muradov təqdimatla çıxış edəcək. Eyni zamanda, UNEC ilə SPDİU arasında tədris, elm və innovasiya sahəsində əməkdaşlıq müqaviləsi imzalanacaq. UNEC rektorunun elmi jurnalların redaktorları, dissertasiya şuralarının sədrləri və SPDİU-da təhsil alan azərbaycanlı tələbələrlə görüşü də nəzərdə tutulub.

Tehsil-press.az



Oxşar xəbərlər