Azərbaycanda son 20 ildə zərərsizləşdirilən cinayətkar qrupların sayı açıqlandı

Azərbaycanda son 20 ildə zərərsizləşdirilən cinayətkar qrupların sayı açıqlandı Azərbaycanda son 20 ildə zərərsizləşdirilən cinayətkar qrup və dəstələrin sayı açıqlanıb.
Bu barədə daxili işlər naziri Vilayət Eyvazov Polis Akademiyasında “Polis Günü”nə və 2022-2023-cü tədris ilinin buraxılışına həsr olunmuş təntənəli mərasimdə çıxışı zamanı məlumat verib.
Nazir bildirib ki, son 20 ildə cinayətlərin qarşısının alınması, açılması, istintaqı, bütövlükdə vətəndaşların qanuni mənafelərinin qorunması sahəsində davamlı iş aparılıb, o cümlədən 24 minə yaxın cinayətkar qrup və dəstə zərərsizləşdirilib.

Tehsil-press.az


Oxşar xəbərlər